"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"dən təklif alıb. Matc.az xəbər verir ki, fransalı mütəxəssis "qırmızı şeytanlar"ın təklifini rədd edib. Bu barədə alman jurnalist Kristian Falk "tvitter" hesabında məlumat yayıb.
 
Zidan 2022-ci ilin yayına qədər məşqçilik etmək istəmir. O, bu səbəbdən İngiltərə klubunun təklifini rədd edib.
 
"Mançester Yunayted"i hazırda norveçli mütəxəssis Ole-Qunnar Sulşer çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest