Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Keşlə" qarşılaşmasının biletləri oyun günü - noyabrın 19-da satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.
 
Satış məntəqələri:
* Azersun Arena;
* Park Bulvarın 2-ci mərtəbəsində yerləşən "Qarabağ" FK Fan-Şopunda (10:00-dan 17:00-dək).
 
Qeyd: Oyun günü qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest