Bakı Olimpiya Stadionunda AFFA-nın "Klub dəstək proqramı" çərçivəsində "Sosial media və rəqəmsal marketinq" mövzusunda seminarı başa çatıb. Matc.az xəbər verir ki, seminarda UEFA-nın Milli Assosiasiyalar departamentinin əməkdaşları, "RESULT Sports" və "433" rəqəmsal agentliklərinin, Qazaxıstan və Estoniya Futbol Fedeasiyalarının, "Borussiya" (Dortmund, Almaniya) və "Şaxtyor" (Donetsk, Ukrayna) futbol klublarının nümayəndələri, AFFA, PFL, Premyer Liqa klublarının rəhbər şəxsləri, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşları iştirak edib.
 
"Klub dəstək proqramı" AFFA-nın 2021-2025-ci illər inkişaf strategiyasının klub futboluna dəstək prioriteti çərçivəsində həyata keçirilir və 5 il ərzində Azərbaycan Premyer Liqasında iştirak edən klublara marketinq və ictimaiyyətlə əlaqələrlə bağlı sahələr üzrə dəstəyi özündə ehtiva edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest