Müqavilə ilə "Qarabağ"a məxsus olan, icarə əsasında Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Kvabena Ovusu cəzalandırılıb. Matc.az xəbər verir ki, Ovusu Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən sosial şəbəkə hesabında rəqib komandanın oyunçusunu təhqir etdiyi üçün 2 oyunluq diskvalifikasiya olunub.
 
Ovusu eyni zamanda 13 min türk lirəsi (2 min 34 manat) məbləğində cərimələnib.
 
Ovusu bu mövsüm "Ankaragücü" ilə 7 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest