Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
"Qaradağ Lökbatan" - MOİK oyununda "Qaradağ Lökbatan"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Oyun bitdikdən sonra MOİK-in futbolçusu Elgün Bayramov hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub.
 
"Sumqayıt-2" - "Səbail-2" oyununda "Səbail"in futbolçusu Elşad Tağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandası 20 manat cərimə olunub.
 
"Neftçi-2" – "Keşlə-2" oyununda "Keşlə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest