Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
Region Liqasının "Ağsu Siti" – "İmişli" oyununda "İmişli"nin futbolçusu Elariz Xəlilli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Gəncə" – "Şəki" oyununda "Şəki"nin futbolçusu Rauf Səlimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Xan Lənkəran" – "Qobustan" oyununda "Qobustan"ın baş məşqçisi Elbrus Baxşəliyev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
 
U-17 Liqasının "Zirə" – "Kəpəz" oyununda "Zirə"nin futbolçusu Nurlan Vəlimətov "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-17 Liqasının "Sumqayıt" – İCBFA oyununda İCBFA komandasının məşqçisi Xəzər Qüdrətli hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
 
U-16 Liqasının "Qarabağ" – "Azəri" TİM oyununda "Azəri" TİM komandasının futbolçusu Sərxan İbrahimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Azəri" TİM komandasının baş məşqçisi Orxan Verdiyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanıb.
 
U-15 Liqasının İFA – "Səbail" oyununda "Səbail"in futbolçusu Qədir Zeynalov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Neftçi" – "Vətən" oyununda "Vətən"in futbolçusu Sinan Mehdizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının "Təhsil" (Lənkəran) – "Zirvə" oyununda "Təhsil" (Lənkəran) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-13 Liqasının "Uğur" FK (Sumqayıt) – İOEUGİM (Sumqayıt) oyununda "Uğur"un məşqçisi Ruslan Babaşov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
U-13 Liqasının "Xan Lənkəran" - "Təhsil" (Lənkəran) oyununda "Təhsil" (Lənkəran) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib.
 
U-12 Liqasının UGİŞM "Cəlilabad" - "Azad" FK oyununda UGİŞM "Cəlilabad"ın futbolçusu İbrahim Tahirov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-11 Liqasının "Qarabağ" – "Səbail" oyununda matçın 28-ci dəqiqəsində "Səbail"in baş məşqçisi Rəşid Tağıyev texniki zona qaydalarını pozduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-10 Liqasının "Təhsil" (Lənkəran) – UGİM (Masallı) oyununda "Təhsil" (Lənkəran) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının "Qazax Gəncləri" – UGİM "Tovuz" matçın 26-cı dəqiqəsində UGİM "Tovuz" komandası adı protokolda qeyd olunmayan oyunçunu meydana daxil etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-11 Liqasının TİM "Gəncə" – "Arzu" UGİM-1  (Gəncə) oyununda TİM "Gəncə" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-11 Liqasının "Azəri" TİM (Gəncə) – TİM "Gəncə" oyununda TİM "Gəncə" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-11 Liqasının "Təbriz" TİM (Gəncə) – TİM "Gəncə" oyununda TİM "Gəncə" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-11 Liqasının TİM "Gəncə" komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionatın  oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
Futzal üzrə Birinci Liqanın "Forza Neftçi" – ADBTİA oyununda "Forza Neftçi" komandasının futzalçısı Qərib İbrahimov oyunun 26-cı dəqiqəsində "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Ulduz" – "Dəstə Ordubad" oyununda "Ulduz"un futzalçısı Səid Talıbzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Yasamal" İSK – "Şuşa" oyununda "Yasamal"ın futzalçısı Vüsal Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Yasamal"ın futzalçısı Emin Kərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Rəvan" – "Timsport" oyununda "Rəvan"ın 1 nömrəli futzalçısı Xalid Həsənov oyunun 21-ci dəqiqəsində "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Advokat" – "Zülfüqar" oyununda "Zülfüqar"ın futzalçısı Şəhriyar Gülüşov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest