Dünyanın ən baxımlı çempionatlarından biri olan İngiltərə Premyer Liqası ilə ABŞ-ın NBC telekanalı arasında rekord məbləğə yeni müqavilə imzalanıb. Matc.az xəbər verir ki, NBC telekanalı 2013-cü ildən Amerikada Premyer Liqanın yayım hüququna sahibdir.
 
Telekanal İngiltərə çempionatı ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb. 6 illik yeni müqavilə NBC-yə 2 milyard 700 milyon ABŞ dollarına başa gəlib.
 
NBC bundan sonra da il ərzində çempionatın 380 matçını yayımlamaq şansına malik olacaq. Bundan əlavə, telekanal oyunları ispan dilində də yayımlaya biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest