Futbol üzrə Niderland 2-ci liqasında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar" da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Den Haaq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Ozan da bu matçın iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.
 
"Telstar" 16 oyuna topladığı 17 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest