Polşa millisinin sabiq futbolçusu Marek Yovyak "Legiya" komandasının hücum xəttindəki problemləri haqda danışıb. Matc.az xəbər verir ki, "Super Express" nəşrinə müsahibə verən keçmiş müdafiəçi, azərbaycanlı hücumçu Mahir Emreli haqda da fikirlərini söyləyib:
 
"Mahir Emreli uzun müddət sonra "Napoli" ilə oyunda qol vurdu. O, daim qol vurmalıdır, yoxsa nəzərə çarpmayacaq. ümid edirəm ki, Tomaş Pexart "Legiya"ya kömək edə biləcək. çünki komandaya standart vəziyyətlər zamanı başla oynamağı bacaran hücumçu lazımdır. Ola bilsin, çexiyalı hücumçu zədədən sonra komandanın oyununa çox şey qatacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest