Futbol üzrə Belarus çempionatında 29-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun komandası "Slaviya" (Mozır) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Energetik"lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
 
Ruslan bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Slaviya" hazırda 31 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest