Futbol üzrə Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha altı qarşılaşma baş tutub.
 
Turnir cədvəlinin 2-ci pilləsində yer alan Dortmund "Borussiya"sı doğma meydanda "Ştutqart"ı qəbul edib və qələbə qazanıb. Mönhenqladbax "Borussiya"sının rəqibi isə autsayder "Qroyter" olub. Bu oyunda da meydan sahibləri qalib gəliblər. "Leyptsiq" isə "Hoffenhaym"a uduzub.
 
Almaniya Bundesliqası
12-ci tur
19 noyabr
 
Auqsburq – Bayern 2:1
Qol: Pedersen, 23. Han, 36 – Levandovski, 38.
 
20 noyabr
 
Arminiya – Volfsburq 2:2
Qol: Okuqava, 11. Klos, 54-pen – Veqorst, 62. Nmeça, 63.
 
Bayer – Bohum 1:0
Qol: Adli, 4.
 
Borussiya (Dortmund) – Ştutqart 2:1
Qol: Malen, 56. Roys, 85 – Massimo, 63.
 
Borussiya (Mönhenqladbax) – Qroyter 4:0
Qol: Hofmann, 9; 57. Noyhaus, 28. Plea, 43.
 
Hoffenhaym – Leyptsiq 2:0
Qol: Samasseku, 12. Dabbur, 68.
 
Union Berlin – Herta 2:0
Qol: Avoniyi, 8. Trimmel, 30.
 
21 noyabr
 
18:30. Frayburq – Ayntraxt
20:30. Maynts – Köln

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest