Futbol üzrə İtaliya A Seriyasında 13-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
Açılış matçında "Atalanta" "Spetsiya"nı qəbul edib. Kifayət qədər məhsuldar alınan bu görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. "Yuventus" bu turda çətin "Latsio" səfərinə yollanıb. Turin təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib. Turnir cədvəlinin 2-ci sırasında yer alan "Milan"ın rəqibi isə "Fiorentina" olub. Yeddi qolun qeydə alındığı görüş meydan sahiblərinin qələbəsiylə bitib.
 
Turun mərkəzi görüşü Milan şəhərində keçiriləcək. Lider "Napoli" "İnter"in qonağı olacaq.
 
İtaliya A Seriyası
13-cü tur
20 noyabr
 
Atalanta – Spetsiya 5:2
Qol: Paşaliç, 18; 41. Sapata, 38-pen. Muriel, 83. Malinovski, 89 – Nzola, 11; 90+1.
 
Latsio – Yuventus 0:2
Qol: Bonuççi, 23-pen; 83-pen.
 
Fiorentina – Milan 4:3
Qol: Dunkan, 15. Saponara, 45+1. Vlahoviç, 60; 86 – İbrahimoviç, 62; 67. Venuti, 90+6-öz qapısına.
 
21 noyabr
 
15:30 Sassuolo – Kalyari
18:00 Bolonya – Venetsiya
18:00 Salernitana – Sampdoriya
21:00 İnter – Napoli
23.45 Cenoa – Roma
 
22 noyabr
 
21:30 Verona – Empoli
23:45 Torino – Udineze

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest