Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Aue təmsilçisinin 19-cu dəqiqədə vurduğu ilk qol zamanı Nazarov məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. O, 13-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə Rostok "Hanza"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Aue təmsilçisinin 19-cu dəqiqədə vurduğu ilk qol zamanı Nazarov məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. O, 13-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
14 oyuna 14 xal toplamış "Ersgebirge" 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest