İspaniyanın "Barselona" klubunun futbolçusu Serxio Aquero karyerasını bitirməyə hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə Kataloniya mətbuatı məlumat yayıb.
 
Xəbərdə argentinalı hücumçunun ürəyində yaranan problemə görə karyerasını bitirəcəyi bildirilib. Aquero artıq qərarını verib və növbəti həftə bunu mətbuata açıqlayacaq.
 
Aquero La Liqanın 12-ci turunun "Alaves"lə (1:1) matçında ürək darlığı səbəbindən meydanı tərk etmişdi. 33 yaşlı futbolçuya ürəyində ritm pozğunluğu diaqnozu qoyulub və onun azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest