Almaniyanın "Verder" klubunda baş məşqçi Markus Anfanqla yollar ayrılıb. Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis saxta vaksin sənədi istifadə etdiyi üçün onunla müqaviləyə xitam verilib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Verder" Almaniyanın 2-ci Bundesliqasında çıxış edir. Komanda 14 oyuna topladığı 20 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest