İngiltərənin "Nyukasl" komandasının baş məşqçisi Eddi Hau koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Eddinin koronavirus testi müsbət çıxıb.
 
Bir müddət əvvəl "Nyukasl"a baş məşqçi təyin olunan 43 yaşlı mütəxəssis koronavirusa yoluxduğu üçün Premyer Liqada yeni komandasıyla debüt edə bilməyib.
 
"Nyukasl" Premyer Liqanın 12-ci turunda "Brentford"la 3:3 hesablı heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest