"Milan"ın hücumçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, isveçli futbolçu A Seriyasının son turunda "Fiorentina" ilə səfər matçında dubl edib.
 
Bununla da, o, İtaliya çempionatında dubl edən ən yaşlı oyunçu kimi tarixə düşüb. İbrahimoviç bu uğura 40 yaş 48 günlüyündə nail olub.
 
"Fiorentina" – "Milan" matçı 4:3 hesabıyla bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest