15 turdan sonra 9 xalı olan "Legiya" 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Futbol üzrə Polşa çempionatında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Qurnik"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl yeddinci məğlubiyyətidir.
 
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb.
 
15 turdan sonra 9 xalı olan "Legiya" 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest