Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Dənizlispor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Keçiörengücü" 13 turdan sonra 10 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest