Futbol üzrə Fransa çempionatında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma keçirilib.
 
Kifayət qədər məhsuldar alınan "Mets" – "Bordo" matçında qalib müəyyənləşməyib. "Strasburq" – "Reyms" görüşü də bərabərliklə yekunlaşıb. "Brest" "Lans" üzərində darmadağına sevinib. "Anje" "Loryan"ı, "Sent-Etyen" isə "Trua"nı minimal hesabla üstələyib.
 
Turun qapanış matçında Lion və Marsel "Olimpik"ləri qarşılaşıb. Lakin bu görüş yarımçıq qalıb. Buna yerli azarkeşlərin qonaq futbolçulara oynamaq imkanı verməmələri səbəb olub. Belə ki, matçın 3-cü dəqiqəsində Marsel təmsilçisi künc zərbəsi yerinə yetirmək istəyərkən, tribunadan yad əşyalar atılıb. Nəticədə yarımmüdafiəçi Dimitri Payetin başına su qabı dəyib. Qarşılaşmanın baş hakimi komandaları meydandan çıxarıb. Uzun sürən müzakirələrdən sonra oyunun davam etdirilməməsi qərara alınıb və görüş təxirə salınıb.
 
Fransa Liqa 1
14-cü tur
19 noyabr
 
Monako – Lill 2:2
Qol: Diatta, 41. Ben Yedder, 83 – David, 5-pen; 9.
 
20 noyabr
 
PSJ – Nant 3:1
Qol: Mbappe, 2. Appya, 81-öz qapısına. Messi, 87 – Muani, 76.
 
Renn – Monpelye 2:0
Qol: Terrye, 8. Mayer, 28.
 
21 noyabr
 
Brest – Lans 4:0
Qol: Munye, 3. Şardonne, 13. Favr, 33. Le Duaron, 69.
 
Anje – Loryan 1:0
Qol: Manqani, 68.
 
Mets – Bordo 3:3
Qol: De Preville, 45. Nquette, 51; 70 – Elis, 17. Udin, 39; 65.
 
Strasburq – Reyms 1:1
Qol: Belleqarde, 90+6 – Ekitike, 22.
 
Trua – Sent-Etyen 0:1
Qol: Trauko, 60.
 
Klermon – Nitsa 1:2
Qol: Ojye, 17 – Quiri, 76; 82.
 
Olimpik (Lion) – Olimpik (Marsel) matçı yarıda dayandırılıb

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest