Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Rostov"la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Ufa" 15 turdan sonra 15 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest