Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt"ın planında dəyişiklik olub. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "gənclik şəhəri" təmsilçisi sabah bir yox, iki yoxlama oyunu keçirəcək.

Ayxan Abbasovun yetirmələri öncə Almaniya Regional Liqası təmsilçisi Ratenov "Optik"i, daha sonra isə Serbiya təmsilçisi "Zemun"la qarşılaşacaq. Lara bölgəsindəki "Fanatic" stadionunda baş tutacaq oyunlar müvafiq olaraq Bakı vaxtı ilə 12:00 və 16:30-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" bununla toplanışı başa vuracaq və yanvarın 27-də vətənə dönəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest