Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb.
 
Matc.az xəbər verir ki, noyabrın 25-də Bakıda keçiriləcək Azərbaycan – Rusiya qarşılaşmasını Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:
 
Görüşün baş hakim İonela Alina Peşu olacaq. Ona yan xətt hakimləri Petruta Klaudiya Yuqulesku və Mihaela Elena Tepusa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristina Mariana Trandafir yerinə yetirəcək.
 
"Dalğa Arena"da baş tutacaq Azərbaycan – Rusiya matçına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest