"Mançester Yunayted"də baş məşqçi postundan ayrılan Ole-Qunnar Sulşer açıqlama verib. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın mətbuat xidmətinə danışan norveçli mütəxəssis, klubdan gedişi haqda bunları deyib:
 
"Əla fürsətim oldu. Bu klubun adını yüksək yerlərdə tutmaq bir şərəfdir və vəzifəmizdir. ümid edirəm ki, komandanı daha yaxşı vəziyyətdə tərk etdim.
 
Yeni dostlar, tanışlar qazandım. Xoş münasibətlər qurdum. Hər şey ilk gündən möhtəşəm idi. Sizinlə yenidən görüşəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest