PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "Roma" və "Yuventus" klubları argentinalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
 
"Goal" nəşrinin yazdığı məlumata görə, A Seriyası təsmilçiləri Paredes üçün qışda PSJ-yə təklif göndərəcək.
 
27 yaşlı yarımmüdafiəçi bu mövsüm Paris komandası ilə Liqa 1-də cəmi 3 oyuna çıxıb.
 
Paredes daha əvvəl İtaliyada "Roma" və "Empoli"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest