Xorvatiya milli komandasının sabiq futbolçusu Mario Mandzukiç məşqçiliyə başlayıb. Matc.az xəbər verir ki, keçmiş hücumçu yığmanın baş məşqçisi Zlatko Daliçin köməkçisi olacaq. Bu barədə Xorvatiya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Karyerası ərzində "Volfsburq", "Bayern", "Yuventus", "Atletiko" kimi klublarda çıxış edən Mandzukiç bu ilin sentyabrında karyerasını bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest