Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.
 
Matc.az xəbər verir ki, noyabrın 30-da keçiriləcək Azərbaycan – Monteneqro qarşılaşmasını Albaniyadan olan hakimlər briqadası idarə edəcək:
 
Görüşün baş hakimi Emanuela Rusta olacaq. Ona yan xətt hakimləri Erinda Kume və Miryeta Salla kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Soada Tuşay yerinə yetirəcək.
 
"Dalğa Arena"da keçiriləcək Azərbaycan - Monteneqro matçına saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest