Almaniya çempionu "Bayern" bu gün çempionlar Liqasında Kiyev "Dinamo"su (Ukrayna) ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, Münhen təmsilçisi sözügedən oyuna 8 itki ilə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Niklas Süle, Camal Musiala, Erik Şupo-Motinq, Mikale Kyuizans, Dayot Upamekano, Yosip Stanişiç, Yozua Kimmix və Serj Qnabri "Dinamo" ilə səfər matçını buraxacaq.
 
Bu gün keçiriləcək "Dinamo" – "Bayern" matçı saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest