Niderland yığmasının və Almaniyanın "Bayern" klubunun sabiq hücumçusu Roy Makay Şotlandiyada çalışacaq. Matc.az xəbər verir ki, o, "Reyncers" komandasında məşqçilik edəcək. Bu barədə Makay "İnstaqram" hesabında paylaşım edib.
 
"Reyncers"də bir müddət əvvəl baş məşqçi postuna niderlandlı keçmiş futbolçu Covanni van Bronkhorst gətirilib. Vaxtilə millidə çiyin-çiyinə oynamış futbolçular indi məşqçi kimi uğur qazanmağa çalışacaqlar.
 
Roy Makay 2016-2019-cu illər aralığında "Feyenoord"un U-21 komandasında işləyib. 46 yaşlı mütəxəssis o dövrdən bəri işsiz idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest