Türkiyənin "Qalatasaray" klubunun ev oyunlarını keçirdiyi NEF stadionunda kran aşıb. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kranın aşması nəticəsində üç nəfər xəsarət alıb.
 
Aşan kranın çıxarılması üçün işlər davam etdirilir. Hadisə yerinə polis, təcili yardım və xilasetmə qrupu cəlb edilib.
 
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest