İspaniyanın "Barselona" klubu qışda heyətini yeni hücumçu ilə gücləndirə bilər. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Qətərin "Əl Sədd" klubundan Bağdad Bunedjanı heyətə cəlb etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Xavi keçmiş futbolçusunu "Barselona"ya gətirərək, hücum xəttindəki problemi həll etmək istəyir.
 
Bunedja bu mövsüm "Əl Sədd"lə 20 oyunda 17 qol vurub. 29 yaşlı hücumçunun "transfermarkt"da dəyəri 6 milyon avrodur.
 
Xavi "Barselona"dan əvvəl "Əl Sədd"də çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest