İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Xirona"nı qəbul edən "Real" 4:2 hesablı qələbə qazanıb. Matç.az saytının məlumatına görə, madridlilərin heyətində dubl edən kapitanı Serxio Ramos penalti qolu barədə fikir bildirib.

Mərkəz müdafiəçisi "panenka" zərbəsini belə dəyərləndirib: "Belə vəziyyətlərdə individual bacarığıma güvənirəm. Zərbədən əvvəl özümü çox rahat hiss edirəm. Penaltilər olub və olacaq da. Amma onların hamısını bu cür yerinə yetirə bilmərəm. Əgər qapıçı yerində dayanıb tərpənmirsə, topu bir küncə atmalı oluram".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü yanvarın 31-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest