Baş məşqçi Ayxan Abbasov əvvəlcə yetirmələrini Almaniya Regional Liqası təmsilçisi "Optik"lə oyunda sınayıb. Bakı vaxtı ilə 12:00-da Ratenov klubu ilə qarşılaşan "kimyaçılar" bu oyunu yarımçıq tərk edib.

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün son yoxlama oyunlarına çıxıb. Matç.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi bir gündə iki görüşdə qüvvəsini sınayıb.

Onlardan biri yarımçıq qalsa da, digəri yekunlaşıb.

Baş məşqçi Ayxan Abbasov əvvəlcə yetirmələrini Almaniya Regional Liqası təmsilçisi "Optik"lə oyunda sınayıb. Bakı vaxtı ilə 12:00-da Ratenov klubu ilə qarşılaşan "kimyaçılar" 0:1 hesabı ilə məğlub durumda ikən kəskin hava şəraiti səbəbindən görüşün ikinci hissəsi keçirilməyib.

16:30-da növbəti dəfə meydana ayaq basan təmsilçimizin budəfəki rəqib Serbiya "Zemun"u olub. Hər iki matç Lara bölgəsindəki "Fanatic" stadionunda olub. Ayxan Abbasovun komandası bu rəqibini məğlub etməyi bacarıb. 

Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində "Jetısu" (Qazaxıstan) ilə bərabərə qalıb (1:1), "Vardar" (Makedoniya) üzərində qələbə (3:1) qazanıb. Yanvarın 19-na "çelik"lə oyun nəzərdə tutulsa da, Bosniya və Herseqovina klubu son anda meydana çıxmaqdan imtina etmişdi.

 

Yoxlama görüşləri

26 yanvar

"Sumqayıt" - "Optik" (Almaniya) - 0:1

(Kəskin hava şəraiti ilə əlaqədar olaraq "Sumqayıt" - "Optik Rathenow" qarşılaşmasının 2-ci hissəsi baş tutmadı)

"Sumqayıt": 1. Mehdi Cənnətov, 4. Peyman Keşavarz, 6. Səbuhi Abdullazadə, 9. Ehtiram Şahverdiyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Valeh Seyidov, 60. Elvin Məmmədov, 70. ülvi İsgəndərov, 77. Murad Xaçayev, 90. Elvin Bədəlov

Lara. "Fanatic" stadionu

 

"Sumqayıt" - "Zemun" (Serbiya) - 2:1

Qollar: Yusif Nəbiyev, 24, ülvi İsgəndərov, 63

45-ci dəqiqədə Əfran İsmayılov penaltidən yararlana bilməyib.

"Sumqayıt": 12. Rəşad Əzizli, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (K), 5. Adil Nağıyev, 10. Aleksey İsayev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 41. Peyman Babaei, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 4. Keşavarz, 7. Cavid Tağıyev, 11. Atilla Yıldırım, 25. Baxşəli Baxşəliyev, 70. ülvi İsgəndərov

Lara. "Fanatic" stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest