Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Matc.az xəbər verir ki, bu ada "Renn"dən (Fransa) Qaetan Labord, "Feyenoord"dan (Niderland) Siril Dessers, "Roma"dan (İtaliya) Nikolo Zanolo və "Bazel"dən (İsveçrə) Paytim Kasami iddialıdır.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest