Futbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, 22-ci turda doğma meydanda "Rasinq"i 4:0 hesabı ilə məğlub edən "River Pleyt" vaxtından əvvəl ölkə çempionu olub.
 
Buenos Ayres təmsilçisi qələbə sayəsində xallarının sayını 52-yə çatdırıb. Bu komanda sona üç tur qalmış ən yaxın izləyicilərini 12 xal qabaqlayır.
 
120 yaşlı "River Pleyt" tarixində 36-cı dəfə Argentina çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest