Avrokubokların qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, ilk "100-lük"də Azərbaycanın yalnız bir klubu yer alıb.
 
Avropa Konfrans Liqasında Kipr "Omoniya"sı ilə Bakıdakı 2:2 hesablı heç-heçə edən "Qarabağ" 25.000 xalla Avropada 59-cu yerə şərikdir. Qurban Qurbanovun yetirmələri "Başakşəhər"lə eyni göstəriciyə malikdir.
 
Azərbaycanın digər təmsilçilərindən "Neftçi" 7.000 xalla 162-ci pilləyə şərikdir. "Keşlə" 4.000 xalla 285-ci pilləni bölüşür. "Qəbələ" 3.500 xalla 301-ci pilləyə şərikdir. 3.400 xalı olan "Sumqayıt", "Səbail" və "Zirə" isə 307-cidir. 
 
Cədvələ 131.000 xala malik "Bayern" (Almaniya) başçılıq edir. 124.000 xalı olan "Mançester Siti" (İngiltərə) ikinci, 120.000 xalı olan "Liverpul" isə üçüncüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest