Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəif turnirlərlə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
Region Liqasının "İmişli" – "İsmayıllı" oyununda "İmişli"nin futbolçusu Nicat Fərəcli "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "İsmayıllı"nın diskvalifikasiya olunmuş 11 nömrəli futbolçusu Azad Salbuzov start heyətində matça çıxdığı üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.
 
Region Liqasının "Davam" – "İrəvan" oyununda "Davam"ın futbolçusu Murad Məmmədxanov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Mübariz" – İCBFA oyununda İCBFA komandasının futbolçusu Əziz Müzəffərli "kobud oyuna" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Region Liqasının "Sədərək" – "Arpaçay" (Şərur) oyununda "Sədərək" komandasının futbolçusu Vəli İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Sabah" – "Keşlə" oyununda "Keşlə"nin futbolçusu Ravil İbadullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının İCBFA – "Neftçi" PFK oyununda "Neftçi"nin futbolçusu Uğur Hüseynov "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-14 Liqasının "White City" – "Səbail" oyununda matçın 9-cu dəqiqəsində "White City" komandasının futbolçusu Yusif İsgəndərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-14 Liqasının UGİM (Astara) – "Azad" FK oyununda "Azad"ın baş məşqçisi Rüstəm Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
U-14 Liqasının UGİM "Ulduz" (Mingəçevir) – Marxal (Şəki) oyununda "Marxal" adı protokolda qeyd olunmayan oyunçunu meydana daxil etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-14 Liqasının "Neftçi" İK İB – "Atletico Baku" oyununda "Atletico Baku"nun icraçı direktoru Xalid Hacıyev futbolçuların valideynlərini hakimlərə qarşı ədavətə və qəddarlığa vadar etdiyi üçün 6 aylıq yarışlardan kənarlaşdırılıb. Matç bitdikdən sonra "Atletico Baku"nun məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov hakimləri təhqir etdiyi üçün hər iki məşqçi 3 oyun cəzalanıb.
 
U-13 Liqasının "Təhsil" (Lənkəran) – "Qala 95" (Masallı) oyununda "Təhsil" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. "Təhsil" (Lənkəran) komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunur. Komanda çempionatın  oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-13 Liqasının "Xırdalan" FK – "Sahil" FA oyununda "Sahil" FA komandası oyunçularının lisenziyalarını təqdim etmədiyi üçün oyun baş tutmayıb və bu komandaya 0:3 hesablı məğlubiyyət verilib.
 
U-12 Liqasının "Metak" – UGİM (Şabran) oyununda "Metak"ın baş məşqçisi Mehman Səfərov meydana daxil olaraq oyunun vaxtını ləngitməsinə və hakimi, AFFA rəsmilərini təhqir etməsinə görə 8 oyun cəzalanıb.
 
U-10 Liqasının "Ərkivan" (Masallı) – "Təhsil" (Lənkəran) oyununda "Təhsil" (Lənkəran) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının "Təhsil" (Lənkəran) – "Xəzər 92" oyununda "Təhsil" (Lənkəran) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. "Təhsil" (Lənkəran) komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionat oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-10 Liqasının "Sumqayıt" FK – "Sumqayıtspor" FK oyununda "Sumqayıtspor" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Yüksək Liqanın "Baku Fire" – "Alyans" FK oyununda "Alyans"ın futzalçısı Sajjad Amirteimour Bakhshayesh qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Xilə" FK – "U 19" oyununda "Xilə"nin futzalçısı Tural Lətifov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Metropoliten" – "Paso" oyununda "Paso"nun futzalçısı Dərya Hümbətov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Metropoliten"in futzalçısı Teymur Nəsibov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. "Metropoliten"in digər futzalçısı Sənani Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Metropoliten"in daha bir futzalçısı - Rüfət Cəlilov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın ADBTİA – "Yasamal" İSK oyununda ADBTİA-nın futzalçısı Orxan Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. "Yasamal"ın futzalçısı Mirəhməd Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Dəstə Ordubad" – "Forza Neftçi" oyununda "Dəstə Ordubad"ın futzalçısı Samir Əzimzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Hövsan" – "Dalğa" oyununda "Dalğa"nın futzalçısı Yusif Zeynalzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Borçalı" – "Xan Lənkəran" oyununda "Xan Lənkəran"ın futzalçısı Fərrux Əliyev oyunun 2-ci dəqiqəsində "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Borçalı"nın futzalçısı Elmir Tanrıverdiyev "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Baker Tilly" – "Timsport" oyununda "Timsport"un futzalçısı Səbuhi Məmmədov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Star Karqo 2" – "Advokat" oyununda "Star Karqo"nun futzalçısı Mahir Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Advokat"ın 9 nömrəli futzalçısı Nurəli Əsədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının "Keşlə" FK – "Xırdalan City" (Bakı) oyununda "Keşlə"nin futbolçusu Elvina Vəliyeva rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. "Keşlə"nin digər futbolçusu Umnisə Əliyeva qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının "Nuxa" (Şəki) – "Gömrükçü" FK (Bakı) oyununda "Nuxa"nın baş məşqçisi Məmməd Dadaşov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest