Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"la səfərdə keçirdiyi oyun Kiprin "Omoniya" komandası üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Nikosiya təmsilçisi avrokuboklarda 200-cü qoluna imza atıb.
 
Xordi Qomesin 90-cı dəqiqədə vurduğu qol tarixə düşüb. Komanda 200-cü qol həddinə 154-cü matçda çatıb. Əvvəlki görüşlərdən 52 qələbə və 31 heç-heçə ilə ayrılan komanda 71 dəfə məğlubiyyətə üzülüb.
 
Xordi Qomesin Bakıda vurduğu qol həm də Avropa Konfrans Liqasında bu həftənin ən yaxşısı seçilib.
 
Xatırladaq ki, ötən gecə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunda qalib müəyyənləşməyib - 2:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest