Futbol üzrə Kipr çempionatında 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi "Etnikos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Nikosiya "Olimpiakos"u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Araz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Etnikos" 11 turdan sonra 5 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest