Futbol üzrə Fransa çempionatında 15-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Turun açılış matçında "Lans" doğma meydanda "Anje"ni qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Bu mövsüm uğursuz çıxış edən "Lill"in rəqibi "Nant" olacaq. Lider PSJ səfərdə "Sent-Etyen"in müqavimətini qırmağa çalışacaq.
 
"Monako" "Strasburq"u, Lion "Olimpik"i isə "Monpelye"ni sınağa çəkəcək.
 
Tura "Olimpik" (Marsel) – "Trua" matçıyla yekun vurulacaq.
 
Fransa Liqa 1
15-ci tur
26 noyabr
 
Lans – Anje 2:2
Qol: Kakuta, 48. Sotoka, 55 – Bufal, 40. Tomas, 70.
 
27 noyabr
 
20:00. Lill – Nant
00:00. Nitsa – Mets
 
28 noyabr
 
16:00. Sent-Etyen – PSJ
18:00. Bordo – Brest
18:00. Loryan – Renn
18:00. Monako – Strasburq
18:00. Reyms – Klermon
20:00. Monpelye – Olimpik (Lion)
23:45. Olimpik (Marsel) – Trua

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest