Futbol üzrə Niderland 2-ci liqasında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar" da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Oss"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Ozan da bu matçın iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının 51-ci dəqiqədə vurduğu bərabərlik qolunun məhsuldar ötürməsini də Kökçü verib.
 
"Telstar" 17 oyuna topladığı 18 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest