Futbol üzrə Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi "Kolos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Veres Rivne" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
 
Nuriyev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
 
"Kolos" 16 turdan sonra 18 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest