Futbol üzrə Portuqaliya çempionatında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Sportinq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
 
"Tondela" 12 turdan sonra 12 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest