Futbol üzrə Moldova çempionatında 19-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Şerif"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:7.
 
Orxan bu görüşün iştirakçısı olmayıb. Onun adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.
 
"Dinamo-Avto" 19 turdan sonra 23 xalla 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest