"Uzun yol qət edib bura gələn azarkeşlərimizin də hər birinə təşəkkür edirəm"

"Yaxşı komandaya qarşı oynadıq. Bu il tam fərqli "Qəbələ" izləmişik". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ" ilə keçirilən oyundan sonra deyib.
 
Təcrübəli mütəxəssis Qəbələdə baş tutan və qolsuz bərabərliklə nəticələnən qarşılaşmadan sonra mətbuat konfransında təəssüratlarını bölüşüb: "Qəbələ" bu gün göstərdi ki, liderlər sırasında yer almağa layiqlidir. çox istəkli idilər. Komandamda bir az yorğunluq gördüm, bunu da gözləyirdim. Həm axırıncı matçdan, həm də, ümumiyyətlə, builki oyun təqvimindən sonra futbolçular istər-istəməz yorğunluğu hiss etməlidirlər. Amma yenə də sona kimi yaxşı mübarizə apardılar, güclərini meydanda qoya bildilər. İstənilən halda 1 xal qazandıq. Uzun yol qət edib bura gələn azarkeşlərimizin də hər birinə təşəkkür edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest