Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
"Tottenhem" bu turda "Brentford"u qəbul edib. London təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
 
Turun mərkəzi oyununda isə "Mançester Yunayted" "Arsenal"la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri Kristiano Ronaldonun dubla imza atdığı bu görüşdən əzmkar qələbə ilə ayrılıblar.
 
İngiltərə Premyer Liqası
14-cü tur
30 noyabr
 
Nyukasl – Norviç Siti 1:1
Qol: Uilson, 61-pen – Pukki, 79.
 
Lids – Kristal Pelas 1:0
Qol: Rapinya, 90+3-pen.
 
1 dekabr
 
Sauthempton – Lester Siti 2:2
Qol: Bednarek, 3. Adams, 34 – Evans, 22. Meddison, 49.
 
Uotford – çelsi 1:2
Qol: Dennis, 43 – Maunt, 29. Ziyeş, 72.
 
Vest Hem – Brayton 1:1
Qol: Souçek, 5 – Maupay, 89.
 
Vulverhempton – Bernli 0:0
 
Aston Villa – Mançester Siti 1:2
Qol: Uotkins, 47 – R.Dias, 27. B.Silva, 43.
 
Everton – Liverpul 1:4
Qol: Qrey, 38 – C.Henderson, 9. Salah, 19; 64. Jota, 79.
 
2 dekabr
 
Tottenhem – Brentford 2:0
Qol: Kanos, 12-öz qapısına. Son, 65.
 
Mançester Yunayted – Arsenal 3:2
Qol: B.Fernandes, 44. Ronaldo, 52; 70 – Smit Rou, 13. Edeqor, 54.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest