Futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutan "Arsenal"la oyun "Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub. Matc.az xəbər verir ki, portuqaliyalı hücumçu bu oyunda fərqlənməklə karyerasında 800-cü qoluna imza atıb.
 
36 yaşlı hücumçunun matçın 52-ci dəqiqəsində vurduğu qol karyerasındakı 800-cü qol kimi tarixə düşüb. 70-ci dəqiqədə rəqib qapısından daha bir top keçirən Ronaldo 801-ci qolunu vurmaqla yanaşı, komandasına qələbə də qazandırıb.
 
Ronaldo "Mançester Yunayted"də 130 (307 oyun), "Real"da 450 (438 oyun), "Yuventus"da 101 (134 oyun) və "Sportinq"də 5 qol (31 oyun) vurub. Bundan başqa, portuqaliyalının millidə keçirdiyi 184 oyunda 115 qolu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest