Ukrayna "Şaxtyor"unun baş məşqçisi Paulu Fonseka klubun rəsmi saytına müsahibə verib. Matç.az xəbər verir ki, mütəxəssis "Qarabağ"la Antalyadakı yoxlama oyunu (3:1) barədə fikirlərini açıqlayıb.

- Yaxşı oyun keçirdik. Xüsusilə də ilk yarıda bütün planlaşdırdıqlarımızı həyata keçirə bildik. Qeyd edim ki, bizim rəqib yaxşı təşkilatlanmış komanda idi. Mən onların bir neçə oyununu – "Vorskla" və "Sportinq"lə görüşlərini izləmişəm. Asan olmayacağını bilirdik. çünki "Qarabağ" möhkəm komandadı, avrokubokların iştirakçısıdı. Təəssüf ki, hava şəraiti kifayət qədər çətindi. Buna baxmayaraq oyundan razı qaldım.

- Bondarenkonun oyununu necə dəyərləndirirsiz?

- Valeri bizimlə cəmi 2-3 məşq edib. O, hələ bizim müdafiənin təşkili prinsiplərimizi bilmir. Hələ çox şey öyrənməli, bizim müdafiə üslubuna uyğunlaşmalı olacaq. Amma debütü müsbət qiymətləndirirəm.

- Bu gün hava mane oldu. ümumilikdə ilk toplanışın alındığını demək olar?

- Bəli, planlarımızın hamısını gerçəkləşdirdik.

- Oyunun sonunda Sikanı meydana buraxdız...

- Ona bir az oyun praktikası verdik. Danil bugünkü matçın gedişində meydana çıxmayan yeganə oyunçu idi. Buna görə ona da imkan yaratdıq.

- Mudrik debüt oyununda qol vurdu. Onun inkişafından razısız?

- Mixail hələ çox öyrənməlidi. Bu gün qol vurdu. Amma digər vəziyyətlər də oldu. Bir neçə dəfə top itirdi. Amma əlbəttə ki, əvvəlki oyunlarla müqayisədə özünü daha yaxşı göstərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest