Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra I Divizionun X turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
"Sumqayıt-2" – MOİK oyununda "Sumqayıt"ın futbolçusu Cəlal Cəbrayılov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub.
 
"Qarabağ-2" - "Zaqatala" oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. "Qarabağ"ın futbolçusu Rəhim Cəfərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandası 20 manat cərimə olunub.
 
"Qaradağ Lökbatan" – "Sabah-2" oyununda "Sabah"ın futbolçuları stadiondakı dəhlizin qapısının şüşəsini sındırdığı üçün komanda 240 manat cərimə olunub. Vurulmuş zərər "Sabah" tərəfindən qarşılanmalıdır.
 
"Neftçi-2" – "Səbail-2" oyununda "Neftçi"nin futbolçusu Fərid Yusifli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
"Kəpəz" – "Zirə-2" oyununda "Kəpəz"in texniki zonada oturan bəzi şəxslər "A" buraxılış vəsiqəsindən istifadə etmədiyi üçün klub 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest