Futbol üzrə Almaniya millisinin sabiq yarımmüdafiəçisi Horst Ekkel dünyasını dəyişib. Matc.az xəbər verir ki, veteran yarımmüdafiəçi 89 yaşında vəfat edib.
 
Horst Ekkel futbolçu karyerası ərzində "Kayzerslautern" (1949-1960) və "Röxlinq" (1960-1966) klublarının formasını geyinib. O, 1951-ci və 1953-cü illərdə "Kayzerslautern"in heyətində Almaniya çempionu olub.
 
Ekkel 1952-1958-ci illər aralığında Almaniya yığmasında da oynayıb. O, 1954-cü ildə İsveçrədə keçirilmiş dünya çempionatında qızıl medallar qazanmış yığmanın sonuncu yaşayan üzvü idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest